Ukraynada məhdudiyyətlər TƏTBİQ EDİLDİ - Bu vilayətdə...

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Sumı vilayətinin iyirmi kilometrlik sərhəd zonasında vətəndaşların hərəkətinə məhdudiyyətlər tətbiq edib.

Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Qeyd olunub ki, döyüş əməliyyatlarının intensivliyinin artması, düşmənin təxribat-kəşfiyyat qruplarının fəaliyyətinin gücləndirilməsi ilə əlaqədar olaraq mülki əhalinin və hərbi qulluqçuların həyatını xilas etmək məqsədilə hərbi komandanlıq Sumı vilayətinin iyirmi kilometrlik sərhəd zonasında bütün kateqoriyadan olan vətəndaşların gediş-gəlişinə məhdudiyyətlər tətbiq edib.

Musavat.com

13.08.2024 15:51
772