Baxmut istiqamətində iki hərbi helikopter qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə UNİNA məluamt yayıb. Hadisədə İqor Sikorski adına ordunun 18-ci aviasiya briqadasının altı zabit pilotu həlak olub.
Qəza döyüş tapşırığı zamanı baş verib.
Təhlükəsizlik məqsədilə hərbçilərin adları və ölüm şəraiti açıqlanmır.