Ukraynada HƏYƏCAN SİQNALI: strateji obyektlər vuruldu - Son dəqiqə

Rusiya silahlı bölmələri Ukraynanın Xarkov, Sum, Dneprpetrovsk də daxil olmaqla, bir neçə vilayətinə raket zərbələri endirib.

Musavat.com UNİAN-a istinadla xəbər verir ki, infrastrukturun sıradan çıxarılması nəticəsində vilayətlərdə bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin və suyun verilişi dayanıb.

Məlumata görə, hədəf alınan obyektlər arasında Xarkov İES də var.

Aramsız hücumlardan dolayı bütün Ukrayna ərazisində həyəcan elan edilib.

Toğrul İSMAYIL,
Musavat.com

11.09.2022 22:24
3471