Ukraynada hərbi vəziyyət rejimi uzadılacaq

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyət rejiminin uzadılması barədə qanun layihəsini parlamentə göndərib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, qanun layihəsinin mətni açıqlanmayıb.

Deputat Yaroslav Jeleznyak hərbi vəziyyət rejiminin çox güman ki, 90 gün uzadılacağını, amma rəsmi məlumatı gözləmək lazım olduğunu deyib.

12.08.2022 21:01
306