Ukraynada hərbçi çevriliş HAZIRLIĞI: Zelenskini devirmək planı AÇIQLANDI - CANLI

Ukrayna Silahlı Qüvvələrinin elit bölmələrinin komandirləri və döyüşçüləri ölkənin hərbi rəhbərliyindəki dəyişikliklərdən narazıdır və Prezident Vladimir Zelenskinin devrilməsini ciddi müzakirə edirlər.

Bunu “RİA Novosti”yə Rusiya güc strukturlarındakı mənbə deyib. “Mütəxəssislərimiz Ukrayna ordusunun dəniz piyadaları, xüsusi təyinatlılar, kəşfiyyatlar, eləcə də müxtəlif elit bölmələrin nümayəndələrinin əlaqə saxladığı resursa çıxış əldə edib.

Bunlar komanda dəyişikliyindən açıq şəkildə narazı olan yüksək ixtisaslı mütəxəssislərdir. Onlar hazırkı hökumətin və Ukrayna Silahlı Qüvvələrinin komandanlığının devrilməsi variantlarını ciddi şəkildə müzakirə edirlər”, - mənbə bildirib.

Onun sözlərinə görə, rusiyalı mütəxəssislər Ukrayna ordusunun elit bölmələrinin radikal əhval-ruhiyyəli döyüşçülərinin olduğu “Parabellum” Teleqram kanalına giriş əldə edib.
“Rusiya kəşfiyyat xidmətləri uzun müddətdir Ukraynada NATO ilə əlaqəli şəxslərin olması barədə məlumatlara malikdir”. Bunu isə Kremlin sözçüsü Dmitri Peskov bildirib. O, Fransanın Ukraynaya qoşun göndərməyə hazır olan ölkələrin koalisiyasını yaratmaq cəhdlərini çox təhlükəli adlandırıb. "Parisin Ukraynaya hərbçi göndərməyə hazır olması ilə bağlı bəyanatları arzuolunmaz nəticələrə gətirib çıxara biləcək təhlükəli xətdir. Rusiya uzun müddətdir NATO ilə birbaşa əlaqəli şəxslərin Ukrayna ərazisində olması barədə məlumatlıdır", - Kremlin rəsmi nümayəndəsi vurğulayıb.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Qədir Aslanla söhbətləşir.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

11.03.2024 15:14
766