Ukraynada "Fox News"un operatoru və ukraynalı jurnalist həlak olub

Ukraynalı jurnalist həlak olub.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşçenko bildirib.

Onun sözlərinə görə, ukraynalı jurnalist, prodüser Oleksandar Kuvşinova da Rusiya hərbi qüvvələrinin açdığı atəş nəticəsində Kiyev ətrafındakı ərazidə, Horenkada həlak olub. Bildirilib ki, Oleksandra "Fox News"un komandası ilə bir yerdə olub. Telekanalın operatoru həlak olub, digər jurnalist ağır yaralanıb.

15.03.2022 22:37
667