Ukraynada döyüşən ermənilər Paşinyanı təhdid etdilər - VİDEO

Ukraynada döyüşən ermənilər Ermənistanın baş naziri Nikol Paşinyana videomüraciət edib.

Müraciət sosial şəbəkələrdə yayılıb.

Silahlılar Paşinyanı satqın adlandıraraq onun apardığı xarici siyasəti tənqid ediblər:

"Sən bütün erməni xalqını satdın. Biz Ukraynanın azadlığı uğrunda vuruşanda sən qorxaq kimi Türkiyə və Azərbaycanla cinayətkar sövdələşməyə getdin. Sənin erməni millətini təmsil etməyə haqqın yoxdur". (Qafqazinfo)

03.12.2023 14:30
1073