Ukraynada daha bir istilik elektrik stansiyasına zərbə endirilib

Raket zərbələri nəticəsində Kiyev vilayətindəki “Tripol” İstilik Elektrik Stansiyasının dağıdılmasından sonra Rusiya Sumıdakı enerji obyektinə hücum edib.

Yerli vaxtla saat 16:00-dan sonra Sumıda güclü partlayış səsi eşidilib. Regional Hərbi Administrasiyası Sumı şəhərinin mühüm infrastrukturuna - yerli istilik elektrik stansiyasına havadan zərbə endirildiyini açıqlayıb.

İlkin məlumatda xəsarət alan olmadığı bildirilib.\\APA 

11.04.2024 20:53
534