Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynanın müdafiəsinə qoşulan daha bir azərbaycanlı hərbçi həlak olub.

Musavat.com-un xəbərinə görə, bu barədə jurnalist İdrak Camalbəyli məlumat verib.

Onun sözlərinə görə, əslən Qubadlı rayonunun Şurnuxu kəndindən olan Rövşən İsmayılov müharibəyə könüllü qatılmışdı. Ukrayna vətəndaşı olan soydaşımız müharibənin ən qaynar nöqtələrində olub. Özündən sonra 16 yaşlı bir oğlu yadigar qalıb.

HELAK SON.jpeg (97 KB)

Musavat.com

23.03.2024 12:17
1031