Ukraynada azərbaycanlı polkovnik həlak oldu - FOTO

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin Qvardiya polkovniki, əslən Tovuz rayonundan olan Musayev Hüseyn Vilayət oğlu həlak olub.

polk.jpg (69 KB)

Qeyd edək ki, Ukrayna tərəfdə döyüşən azərbaycanlılardan 50-yə yaxın zabit və əsgər həlak olub. Rusiya tərəfdə döyüşən və həlak olan soydaşlarımızın sayı barədə tam dəqiq məlumat yoxdur.

Musavat.com

01.03.2024 13:07
1618