Bu il Ukraynada 19,2 milyon ton buğda yığılıb. Ölkənin aqrar siyasət və ərzaq nazirinin müavini Taras Vısotskinin verdiyi məlumata görə, orta məhsuldarlıq hər hektardan 40 sentner təşkil edib.
Musavat.com-un məlumatına görə nazir müavini deyib ki, Ukraynada yemlik və ərzaqlıq buğdaya olan illik tələbat 7,5-8 milyon ton təşkil edir: “Başqa sözlə desək, bizim yığdığımız məhsul illik tələbatımızdan 2 dəfədən də çoxdur. Bu isə o deməkdir ki, hər hansı qıtlıq olmayacaq”.
Qeyd edək ki, 2021-2022-ci il mövsümündə Ukrayna 18 milyon ton buğda ixrac edib. Bu il isə ölkənin ixrac potensialı 10 milyon ton civarında olacaq.
Musavat.com