Ukrayna yaxın günlərdə Rusiyaya zərbələr endirə bilər - Qərb mətbuatı

Ukrayna ABŞ-dan aldığı uzaqmənzilli silahlarla yaxın günlərdə Rusiya ərazisinə zərbələr endirə bilər.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi, məsələ ilə tanış olan mənbələrə istinadən məlumat yayıb. Mənbələrin verdiyi məlumata görə, Ukraynanın planlaşdırdığı hücumlar barədə detallı məlumat verilməyib, lakin belə bir hərbi əməliyyatın yaxın zamanlarda həyata keçirilməsi gözlənilir.

Bundan əvvəl "The New York Times" də ABŞ Prezidentinin Cozef Baydenin, Ukraynaya Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verdiyini bildirmişdi. Bu qərarın, ABŞ-ın Ukraynaya verdiyi hərbi dəstəyi daha da gücləndirdiyi və Rusiyanın strateji obyektlərinə qarşı zərbələrin artırılacağına işarə etdiyi vurğulanıb. Hər iki tərəf arasında davam edən münaqişənin gedişatında belə bir addımın ciddi təsir yaratması gözlənilir. 

 

Musavat.com

 

18.11.2024 03:54
573