Ukrayna və Rusiya arasında əsir mübadiləsi olub

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, əsirlikdəki 50 hərbçi Rusiya tərəfinə qaytarılıb. Ukrayna Prezidenti Ofisinin rəhbəri Aleksandr Yermak da Rusiya əsirliyində olan 50 ukraynalı hərbçinin geri qaytarıldığını açıqlayıb.

08.01.2023 20:59
498