Ukrayna və ABŞ o sənədi, nəhayət ki, imzaladılar  


Ukrayna ilə ABŞ arasında mineral ehtiyatlar və Ukraynanın bərpa fondu ilə bağlı saziş üzrə memorandum imzalanıb.

Musavat.com xəbər verir ki, məlumatı Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko Facebook səhifəsində açıqlayıb:

"Bu gün biz ABŞ ilə iqtisadi tərəfdaşlığa dair birgə sazişə doğru addım atdıq. Ukrayna və Amerika Birləşmiş Ştatları komandalarımızın konstruktiv birgə işini və hər iki xalq üçün faydalı olacaq sazişə son qoymaq və bağlamaq niyyətini təsdiq edən memorandum imzalayıblar".

Baş nazirin müavini əlavə edib ki, tərəflər Ukraynanın bərpası üçün investisiya fondu yaratmağa hazırlaşır. Onun sözlərinə görə, gələcək saziş əhəmiyyətli vəsaitlərin daxil olması və Ukrayna infrastrukturunun modernləşdirilməsi üçün imkanlar açacaq:

"Qarşıda sazişin mətni üzərində işlərin başa çatdırılması və onun imzalanmasıdır. Daha sonra - parlamentlər tərəfindən ratifikasiya. Peşəkar, konstruktiv və sürətli işlərinə görə bizim texniki komandalarımıza - Ukrayna və Amerikaya təşəkkür edirik".

Musavat.com

18.04.2025 08:06
543