“Sərhədsiz Reportyorlar” (RSF) təşkilatının yeni reytinqinə əsasən, Ukrayna və ABŞ mətbuat azadlığı üzrə mövqelərini itiriblər.
Musavat.com xəbər verir ki, bu barədə “Qordon media” məlumat yayıb.
Ukrayna ötən ilki 61-ci yerdən 62-ci pilləyə düşüb (180 ölkə arasında). ABŞ-da da oxşar geriləmə müşahidə olunur — ölkə 55-ci yerdən 57-ci yerə enib.
“Axios” nəşri yazır ki, bu göstərici ilə ABŞ-da mətbuat azadlığı tarixi minimuma enib.
RSF bildirir ki, bu enişlər yalnız siyasi deyil, həm də iqtisadi çətinliklər səbəbindən baş verib. Xüsusilə Ukrayna və ABŞ-da media qurumlarının fəaliyyətinə təsir edən iqtisadi gərginlik bu ölkələrin reytinqdə aşağı düşməsinə səbəb olub.
Rusiya isə azadlıq göstəriciləri baxımından ən pis nəticələrdən birini nümayiş etdirib. Ölkə ötən ilki 162-ci yerdən 171-ci yerə geriləyərək reytinqin demək olar ki, sonuna düşüb.
Mətbuat azadlığı reytinqinin ilk 5-liyində isə bu ölkələr yer alır:
1. Norveç
2. Estoniya
3. Niderland
4. İsveç
5. Finlandiya
Musavat.com