Ukrayna və ABŞ birgə silah istehsal etmək barədə razılığa gəliblər

Ukrayna və ABŞ birgə silah istehsal etmək barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

O, söhbətin xüsusilə hava hücumundan müdafiə sistemlərindən getdiyini söyləyib: “Biz birgə silah istehsalı üçün çalışacağıq. Bu, həmrəyliyimizin yeni səviyyəsidir”.

Qeyd edək ki, V.Zelenski dünən ABŞ-da həmkarı Cozef Baydenlə görüşüb.

22.09.2023 12:46
443