Ukraynanın azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycan əsilli əsgər, qumbaraatan atıcısının köməkçisi Sabir Samir oğlu Əhmədovun həlak olduğu barədə məlumat vermişdik.
Musavat.com bildirir ki, bu gün, 14 fevralda qəhrəman soydaşımız Kiyev vilayətinin Brovari şəhərində dəfn edilib.
Ukraynadakı diaspora fəalı, iş adamı Yalçın Qəhrəmanlı bildirib ki, ölkənin ərazi bütövlüyü uğrunda həlak olan azərbaycanlıların sayı 50-yə yaxındır.
Y.Qəhrəmanoğlu azərbaycanlı döyüşçü ilə vida mərasiminin böyük hörmətlə təşkil edildiyini və gənc soydaşımızın son mənzilə yola salındığını bildirib.
Musavat.com