Ukrayna üçün KRİTİK DÖVR - Putin iki ildən sonra...

Rusiya prezidenti Vladimir Putin və Almaniya Kansleri Olaf Şolts cümə günü telefon danışığı keçirməyi planlaşdırırlar.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, bu, onların iki ildən sonra ilk söhbəti olacaq.

Telefon danışığı Ukrayna üçün kritik bir dövrə təsadüf edəcək, çünki ölkənin enerji infrastrukturunun böyük bir hissəsi dağıdılıb və ölkə üçüncü qışa hazırlaşır.

Bildirilir ki, Qərb müttəfiqlərinin dəstəyi ilə bağlı qeyri-müəyyənlik gələn il Donald Trampın Ağ Evə qayıtması ilə daha da artmaqdadır.

Qeyd edək ki, Almaniya ABŞ-dan sonra Ukraynanın ikinci ən böyük dəstəkçisidir və əlavə milyardlarla avro yardım vəd edib.

Musavat.com

15.11.2024 17:20
699