Ukrayna üçün DƏHŞƏTLİ qış gəlir - Baş nazir açıqladı

"Qarşıdan gələn qış Ukrayna üçün ən ağır qış ola bilər."

Musavat.com xəbər verir ki, bu barədə baş nazir Denis Şmıqal mətbuat konfransında bildirib.

“Enerji dayanıqlılığı bu qış və payızda bizim ən böyük problemlərimizdən biridir, biz üç isitmə mövsümünü uğurla keçdik, bu (qış - red.) heç də çətin olmayacaq, bəlkə də ən çətini olacaq”, - o qeyd edib.

Onun sözlərinə görə, hazırda Ukraynaya dünyanın hər yerindən enerji avadanlıqları gəlir və mütəxəssislər bərpa oluna bilən enerji mənbələrini bərpa edirlər.

Musavat.com

10.09.2024 17:24
527