Tatarıstandakı zavoda pilotsuz uçuş aparatlarının hücumu nəticəsində yaralıların sayı 12 nəfərə çatıb. Bu barədə Tatarıstanın Fövqəladə Hallar Baş İdarəsindən məlumat verilib.
İlkin məlumatda Yelabuqa rayonundakı zavoda pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı 6 nəfərin yaralandığı bildirilmişdi.
İsrailin Dəməşqə hücumu nəticəsində isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Suriya və Livandakı Sepah-e-Qods xüsusi təyinatlılarının komandiri general Məhəmməd Rza Zahedi öldürülüb. İran prezidenti İbrahim Rəisi İsrailin Dəməşqdəki İran konsulluğuna hücumu ilə bağlı danışıb.
O bildirib ki, hücum cavabsız qalmayacaq: “Sionistlər bilməlidirlər ki, buna nail ola bilməzlər. Dəməşqdəki konsulluğa hücum cinayəti cavabsız qalmayacaq”.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu polkovnik Şair Ramaldanovla İsrail-İran, Rusiya-Ukrayna, Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: