Ukrayna tarix yazdı: Dəniz dronu ilə Rusiya hərbi təyyarəsi vuruldu – Dünyada ilk hadisə

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) Rusiya hərbi təyyarəsinin unikal şəkildə – pilotsuz dəniz dronu ilə məhv edildiyini təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu, hərbi texnologiyalar tarixində bir ilkdir.

Rəsmi məlumatda bildirilir ki, 2 may 2025-ci ildə Ukrayna Müdafiə Nazirliyinin xüsusi bölməsi, SBU və Ukrayna Müdafiə Qüvvələrinin birgə əməliyyatı nəticəsində Qara dənizdə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Su-30” tipli qırıcı təyyarə “Magura” adlı pilotsuz dəniz aparatının zərbəsi ilə məhv edilib.

"Bu, dünyada ilk dəfədir ki, döyüş təyyarəsi dənizdən idarə olunan dronla vurulur", – deyə GUR-un açıqlamasında qeyd olunur.

Qeyd edək ki, Su-30 tipli hərbi təyyarələrin bazar dəyəri təxminən 50 milyon ABŞ dolları təşkil edir. Ukrayna tərəfi bu hadisəni həm simvolik, həm də texnoloji baxımdan mühüm qələbə kimi qiymətləndirir.

Musavat.com

03.05.2025 14:38
1243