Ukrayna Silahlı Qüvvələri Korenevo kəndi uğrunda döyüşə başlayır

 

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Korenevo kəndi uğrunda döyüşlərə başlayır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı  “Bild” nəşrinin hərbi analitiki Julian Röpke paylaşıb.

Ekspert Rusiyanın Tg kanallarının 20 avqust tarixli videolarına istinad edir ki, burada Ukrayna bölmələri kəndin girişindən cəmi 300 metr aralıdadır.

Onun fikrincə, Korenevonun itirilməsi Rusiyanın imicinə  Sudjanın itirilməsindən daha ciddi zərbə olacaq.

21.08.2024 13:25
586