Ukrayna yerin altında silah və sursat istehsal edəcək.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Zelenski deyib.
Prezident qeyd edib ki, Ukrayna müttəfiqlərdən tədarüklərdə yaranan fasilələrə görə bu addımı atır: “Biz yeraltı silah istehsalı müəssisələri tikirik ki, hətta partnyorlarımızdan tədarük gecikəndə belə, Ukrayna əsgərləri özlərini qoruya bilsinlər”.
Qeyd edək ki, Ukrayna silah istehsalı müəssisələrinin əksəriyyətində istehsal xətlərini yerin altına keçirib. Qərb mətbuatının yazdığına görə, Ukraynada torpağın altında bütöv istehsal kompleksləri şəbəkəsi yaradılıb. Bunun nəticəsinə ölkənin silah istehsalında kəskin artım qeydə alınmaqdadır.
Ukraynanın müdafiə naziri Aleksandr Sırski isə bildirib ki, artıq atəş sayına görə Rusiya ilə nisbət keçən ilki 10-un ikiyə qarşı hazırda 1-in 2-yə qarşıdır. Nazirin sözlərinə görə, Rusiyanın yeganə üstünlüyü hava zərbələrindədir: “Biz bu sahədə gücümüzü pilotsuz aparatlarla artırırıq”.
Musavat.com