Ukraynanın beş regionunda hava hücumu xəbərdarlığı elan edilib. Xəbərdarlıq Nikolayev, Poltava və Sumı vilayətlərində işə düşüb. Ukrayna Silahlı Qüvvələri Ukraynada Rusiyanın Buk-M2 hava hücumundan müdafiə sistemini məhv edib. “Ukraynanın Rusiya ərazisindəki hərbi əhəmiyyətli hədəfləri vurmaq hüququ var”. NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə deyib.
NATO Baş katibi bildirib ki, NATO müttəfiqlərinin Ukraynaya verilən silahların istifadəsinə dair müxtəlif məhdudiyyətləri var. "Amma mən müttəfiqlərin Rusiya daxilindəki hərbi hədəflərə qarşı da silahdan istifadəsi ilə bağlı məhdudiyyətlərini azaltmasını və ya aradan qaldırmasını alqışlayıram. Çünki biz başa düşməliyik ki, bu, işğalçılıq müharibəsidir.
Rusiya Ukraynaya hücum edib və bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa görə, Ukraynanın özünümüdafiə hüququ var və özünümüdafiə hüququna təcavüzkar Rusiyanın ərazisinin qanuni hərbi hədəflərinə zərbələr endirmək də daxildir".
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi ekspert Ramil Məmmədli ilə gündəmi müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: