Ukrayna "Şahed" dronları ilə zenit raketlərinə qənaət edir – Sirskinin açıqlaması

Ukrayna Silahlı Qüvvələrinin komandanı Aleksandr Sirskinin sözlərinə görə, Ukrayna zenit raketlərindən istifadənin qarşısını almaq üçün düşmən pilotsuz uçuş aparatlarını ("Şahed" tipli dronları) interceptor dronlarla məhv etməyi davam etdirir.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Ukrayna mətbuatında yayılıb.

“Biz bu sahədə liderik və hava hücumundan müdafiə sistemimizi daim təkmilləşdiririk. Bu texnologiyaların tətbiqinə, dronların istehsalına və operatorların təliminə kömək edən hər kəsə dərin minnətdarlığımı bildirirəm”, - deyə Sirski vurğulayıb.

Bu addım Ukrayna ordusuna zenit raketlərinin iqtisadi istifadəsini təmin etməklə yanaşı, düşmən hücumlarına qarşı daha çevik müdafiə imkanı verir.

20.10.2024 13:11
666