Oktyabrın 3-nə keçən gecə hava hücumundan müdafiə qüvvələri dörd regionda 113 Ukrayna pilotsuz təyyarəsini vurub.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, onların 73-ü Belqorodvilayətində zərərsizləşdirilib. Nazirliyinin açıqlamasında 25 pilotsuz təyyarənin Voronej, 14-nün Kursk, 1-nin isə Bryansk vilayəti üzərində məhv edildiyi iddia edilib.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov oktyabrın 2-də axşam saatlarında Belqorod və ətraf ərazilərdə hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü deyib. Bildirib ki, gecə saatlarında Starıy Oskol şəhərində pilotsuz təyyarənin hücumu nəticəsində bir qadının yaralanıb, üç fərdi yaşayış evinə zərər dəyib.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bölgə üzərində ondan çox pilotsuz təyyarənin vurulduğunu açıqlayıb. İlkin məlumatlara görə, itki yoxdur. Bir neçə evə ziyan dəyib.
Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomazın sözlərinə görə, bölgədə PUA-nın hücumu nəticəsində xəsarət alan və dağıntı olmayıb.
Kursk vilayətinin qubernatoru Aleksey Smirnov gecə saatlarında raket hücumu təhlükəsi barədə xəbərdarlıq edib və altı dronun vurulduğunu iddia edib.
Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi bildirib ki, Kazan hava limanı cümə axşamı səhər müvəqqəti olaraq reysləri qəbul etmir və ya göndərmir. Adətən cür tədbirlər pilotsuz təyyarələrin hücumu təhlükəsi səbəbindən tətbiq edilir.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız politoloq Sülhəddin Əkbərdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.