Ukrayna Rusiyanın sualtı qayığını vurub? - SON DƏQİQƏ AÇIQLAMASI

Krımın Sevastopol limanında Rusiyaya məxsus sualtı qayıq məhv edilib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, məhv edilən “Kalibr” qanadlı raketlərinin daşıyıcısı olan “Rostov-na-Don” sualtı qayığıdır. Bundan əlavə, Ukrayna Rusiyaya məxsus dörd Triumf hava hücumundan müdafiə raket buraxılış qurğusuna da ciddi ziyan dəydiyini iddia edir.

Musavat.com

03.08.2024 21:28
1638