Ukrayna Rusiya ərazisində uzaqmənzilli raketlərlə vurmaq istədiyi hədəflərin siyahısını ABŞ-a təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə “CNN” telekanalına Ukraynanın müdafiə naziri Rüstəm Umerov məlumat verib.
O bildirib ki, Ukrayna “ATACMS” taktiki ballistik raketlərindən istifadə ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmağını istəyir və bunda qərarlıdır.
Qeyd edilib ki, Ağ Ev Kiyevin uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı müraciətinə baxır.
Musavat.com