Ukraynanın ərazi sularında Türkiyə hərbçiləri minalardan təmizləmə ilə məşğul olacaq, onlar həmçinin gəmiləri neytral sulara qədər müşayiət edəcəklər
Ukrayna, Rusiya və Türkiyə taxıl daşıyan Ukrayna gəmilərinin Odessadan çıxarılmasının ilkin sxemi barədə razılığa gəliblər.
Sitat.info xəbər verir ki, bu barədə “İzvestiya”ya yüksək vəzifəli məlumatlı mənbə bildirib.
Belə ki, Ukraynanın ərazi sularında Türkiyə hərbçiləri minalardan təmizləmə ilə məşğul olacaq, onlar həmçinin gəmiləri neytral sulara qədər müşayiət edəcəklər. Daha sonra neytral sularda Ukrayna gəmilərini rus gəmilərini qarşılayaraq onları Bosfor boğazına qədər müşayiət edəcək.
Hələlik sxem yalnız Odessa üçün razılaşdırılıb.
Türkiyə parlamenti açıqlama verib ki, Ankara bu əməliyyatda iştirak edir, çünki onlar üçün dünya ərzaq problemini həll etmək vacibdir.