Ən azı üç Ukrayna kamikadze dronu Tambov vilayətindəki Platonovskaya neft anbarına hücum edib.
Musavat.com xəbər verir ki, bu barədə görüntüləri “Mash” telegram kanalı paylaşıb.
Qeyd olunub ki, hücum nəticəsində oradakı neft çəni yanıb.
Həmçinin səhər saatlarında Pervomayski rayonunda pilotsuz təyyarənin parçaları tapılıb.
Məlumata görə, kamikadze dronu havada partlayıb.
Ölən və yaralananlar yoxdur.
Musavat.com