Ukrayna rəsmisi: "Müharibə illərlə uzanmayacaq, amma..."

“Ukraynada müharibə illərlə uzanmayacaq, amma tezliklə qələbənin qazanılacağına da ümid etmək olmaz”.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

“Bu təcavüzkarla (Rusiyanı nəzərdə tutur-red) illərlə mübarizə aparacağımızla razılaşmaq istəməzdim. Bu hadisə ilə bağlı mən daha nikbinəm. Müharibənin qurtarması ilə bağlı öz proqnozum var. Mən bu məsələyə çox ehtiyatla yanaşıram. Birincisi, mən deyirəm ki, bu adi müharibə deyil. İkincisi, biz qələbə qazanacağıq. Üçüncüsü qələbə tezliklə olmayacaq, daha dəqiq bir ildən sonra bu baş verməyəcək ”, - deyə Danilov vurğulayıb.

Musavat.com

07.09.2022 13:31
645