Ukrayna rəsmən təsdiqlədi- F-16 vurulub, pilot ölüb- RƏSMİ

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı F-16 təyyarəsinin qəzaya uğradığını və pilotun öldüyünü rəsmən təsdiqləyib.

Musavat.com xarici mediaya istinadən bildirir ki, bunun Rusiya qüvvələrinin raket hücumunu dəf edərkən baş verdiyi bildirilir.

CNN-in məlumatına görə, Ukraynada qəzaya uğrayan F-16 təyyarəsini ABŞ-da təlim keçən pilot Aleksey Mes idarə edib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Mesin ölümü ilə bağlı mesajında ​​bu barədə heç bir məlumat verilməyib.

29.08.2024 21:34
1673