Rusiya Federasiyasının Rostov vilayətinin Novoçerkassk şəhəri PUA hücumuna məruz qalıb.
Musavat.com xəbər verir ki, bu barədə "Shot" Teleqram kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, şəhərdə azı 10 partlayış səsi eşidilib.
Yayımlanan videolardan birində kadrarxası səsdə, “Dəmir yolu vağzalını vurublar. Dəhşətlidir”, deyilir.
Bundan əlavə, yerli sakinlərin paylaşdığı videolara əsasən, "Rostelekom" binasına da zərbə endirildiyi və ya qalıqların ora düşdüyü qeyd olunub.
@@TVmusavat/122266@@
Musavat.com