Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

O, bu barədə axşam müraciətində bildirib.

“Enerji və minalardan təmizləmə sahəsində humanitar yardıma görə Azərbaycana təşəkkür edirəm”, - Ukrayna lideri sosial şəbəkə hesabında vurğulayıb.

“Bu həftə dövlətimizə, xalqımıza, ordumuza, bütün vətəndaşlarımıza dəstək olaraq yeni qərarlar qəbul edən bütün ölkələrə təşəkkür etmək istəyirəm”, - Zelenski qeyd edib.

23.07.2023 01:35
481