Ukrayna ordusunun bölgəyə soxulmasından sonra Kursk vilayətində başlayan döyüşlər nəticəsində azı 3 dinc sakin həlak olub. Bunu vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov deyib. “Beşi uşaq olmaqla, daha 13 nəfər yaralanıb”, - o bildirib.
“Pepel” nəşri isə qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində çağırışçılar da daxil olmaqla, azı 6 rusiyalı hərbçini əsir götürüb. Bu məlumatı Ukrayna hərbçiləri tərəfindən internetdə yerləşdirilən əsirləri əks etdirən videolar da təsdiq edir.
“Burada söhbət dinc əhaliyə qarşı növbəti terror aktından gedir. Bu, açıq-aydın dinc əhaliyə, vətəndaşlara qarşı yönəlib”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə lazım olan hər şey edilir: “İstintaq Komitəmiz və hüquq-mühafizə orqanları bunu qiymətləndirəcək, sübutlar toplayacaq, lazımi tədbirlər görəcək ki, bütün bunları edənlər məhkəmə qarşına çıxsın və cinayətkarlar layiq olduqlarını alsınlar”.
İsrail ordusu bu gün səhər saatlarında Fələstinin Nablus şəhərində yerləşən FƏTH (Fələstin Milli Qurtuluş Hərəkatı) Hərəkatının qərargahına hava zərbəsi endirib.
Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, SEPAH-ın Qüds qanadının telegram kanalı hadisə yerindən görüntüləri paylaşıb. Qeyd olunub ki, İsrailin hücumu nəticəsində Balata qaçqın düşərgəsindəki FƏTH Hərəkatının qərargahı partlayıb.
TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə söhbətləşir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı: