Ukrayna Silahlı Qüvvələri Pokrovski istiqamətində əraziləri geri aldı, ruslar isə Xarkov vilayətində irəlilədilər.
Musavat.com xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.
"Sentyabrın 19-a aid geolokasiya görüntüləri göstərir ki, Rusiya Silahlı Qüvvələri bu yaxınlarda Qlubokoyenin qərbində (Xarkovun şimalında) və Travyanskoye su anbarı boyunca daça ərazilərinə doğru irəliləyib",-deyə Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir.
Rusiya ordusu Luqansk vilayətinin Makeyevka qərbində, Severskin cənub-şərqində və Donetsk vilayətində Çasov Yarın şimalında da kiçik irəliləyişlər əldə edib.
Sentyabrın 19-na aid geolokasiya görüntüləri göstərir ki, Ukrayna Silahlı Qüvvələri bu yaxınlarda Marinovkadan bir qədər cənub-şərqə (Pokrovskdan cənub-şərqə və Selidovonun şimal-şərqinə) bir qədər irəliləyib.