Aparıcı Kamran Həsənli TV Müsavat-ın efirində "Kamranla 1" verilişində gündəm hadisələrini təhlil edib.
Musavat.com xəbər verir ki, Kamran Həsənli verilişdə Baxmutun Rusiya ordusu tərəfindən işğal olunmasından danışıb.
"Baxmut strateji cəhətdən önəmli şəhərdir. Baxmut alınsa, Donets inzibati ərazisi Rusiyanın əlinə keçə bilərdi. Amma o məqam artıq keçib gedib. Artıq baxmutun ətraf cinahlarında ukraynalılar irəli gediblər, arxa cəbhə güclənib", - Kamran Həsənli deyib.
Ətraflı videoda: