"Ukrayna öz ərazisində separatçıları heç həbs də etmir. Harada tutdular, orada öldürürlər. Bu yaxınlarda yenə belə bir əməliyyat oldu. Xerson vilayəti yaxınlığında bunun şahidi olduq. Onlar rusiya dəstəkçisi olan separatçıları tutduqları yerdə öldürürlər və Qərb də bunu alqışlayır. Amerika konqresmenləri separatçıları belə dəstəkləyirsə, o zaman nə üçün buna göz yumurlar? Onlar öldürə bilər, biz həbs edə bilmərik?".
Musavat.com xəbər verir ki, bu sözləri ReAL Partiyasının icra katibi, ekspert Natiq Cəfərli "TV Musavat"ın canlı yayımında deyib.
Verilişdən həmin hissəni təqdim edirik: