Ukrayna Novomixaylovkanı azad etdi: bir rota rus məhv edildi - ANBAAN GÖRÜNTÜLƏR

Musavat.com xəbər verir ki, Ukrayna Hərbi Kəşfiyyatı (GUR) və Üçüncü Korpus Donetsk vilayətində yerləşən strateji Novomixaylovka yaşayış məntəqəsini azad edib. Döyüşlər zamanı təxminən bir rota rusiyalı məhv edilib.

Əməliyyatın videogörüntüləri Ukrayna hərbi qurumları tərəfindən yayılıb. Kadrlarda hücum anbaan qeydə alınıb. Müdafiəçilər güclü zərbələrlə işğalçıları geri çəkilməyə və ehtiyat qüvvələrini cəlb etməyə məcbur ediblər.

Kəşfiyyat bölmələrinin koordinasiyalı fəaliyyəti, hücumçu qruplar və ağır texnikanın dəstəyi ilə ukraynalılar kənddə mövqelərini möhkəmlədiblər. Qısa müddət ərzində yaşayış məntəqəsi üzərində tam nəzarət bərpa olunub.

Ukrayna hərbçiləri Novomixaylovkada dövlət bayraqlarını qaldıraraq kəndin işğaldan azad edildiyini rəsmən elan ediblər.

Musavat.com əməliyyat görüntülərinə dair video -özəti təqdim edir.


Musavat.com

24.08.2025 22:54
1737