Kiyev və onun qərbli müttəfiqləri tədricən anlayırlar ki, Ukrayna Rusiya ilə danışıqlara başlamalıdır. Ukrayna isə NATO-ya daxil olmaq müqabilində ərazilərindən imtina etməli olacaq.
Musavat.com xəbər verir ki, bu barədə “The Financial Times”ın (FT) yazısında qeyd olunub.
Məqalə müəlliflərinin fikrincə, Vaşinqtonda və bəzi Qərb paytaxtlarında, eləcə də Kiyevdə “əhval dəyişir”.
“Bununla belə, Kiyev belə daha yaxşı hədəfə nail olmaq üçün kifayət qədər dəstək almır”, - deyə yazıda bildirilir.
FT Ukrayna Silahlı Qüvvələrinin Donbasda geri çəkilməsi, qışın yaxınlaşması və Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda hazırkı vəziyyətin Ukrayna üçün son dərəcə narahat olduğuna diqqət çəkir.
Britaniya qəzetinin ekspertlərinin rəyinə əsasən, Moskva indi dialoqa az maraq göstərir. Kiyevin danışıqlarda mövqelərini gücləndirmək üçün isə ABŞ və Avropa İttifaqı hərbi və diplomatik dəstəyi əhəmiyyətli dərəcədə artırmalıdır.
Musavat.com