Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynanın Donbassda sursatlarının tükəndiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə siyasətçi ABC televiziyasına müsahibəsində deyib.
O əlavə edib ki, Ukrayna ordusu ikinci və üçüncü müdafiə xəttinə çəkilir:
"Baxın, vaxt önəmlidir... Onların Donbassda sursatları tükənmək üzrədir və ruslar qərbə doğru irəliləməyə davam etdikcə, ikinci və üçüncü müdafiə xəttinə çəkilirlər. Onlara dəstək lazımdır və indi ona ehtiyac var".
Musavat.com