Ukrayna Luqanska ABŞ silahları ilə zərbələr endirdi  

Ukraynanın iyunun 7-də Luqanska etdiyi hücumundan sonra ölən və yaralananların sayı durmadan artır

Musavar.com xəbər verir ki, "Luqansk Xalq Respublikasının lideri" Leonid Paseçnik Ukrayna Silahlı Qüvvələrinin ABŞ istehsalı olan ATACMS raketləri ilə həyata keçirdiyi hücumdan sonra Luqanskda çökmüş binanın dağıntıları altında daha 2 nəfərin cəsədinin tapıldığını açıqlayıb.

Qeyd edək ki daha əvvəl hücum nəticəsində 4 nəfərin öldüyü, 53 nəfərin yaralandığı bildirilirdi.

Cavanşir ABBASLI
Musavat.com

08.06.2024 11:30
728