Ukrayna ordusu yüksək itkilər səbəbindən "Leopard" tanklarına əlavə müdafiə sistemi quraşdırmağa başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin "Business Insider" nəşri yazıb.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri artıq 40 belə tankı itirib. Baxmayaraq ki, bu rəqəmlər hələ rəsmi şəkildə təsdiqlənməyib.
Nəşr yazır ki, Kiyev Almaniyadan aldığı zirehli texnikalar üçün dronlardan qorunmaq məqsədilə xüsusi qoruyucu avadanlıqlar sifariş edib.
Məqalədə deyilir ki, bir avadanlığın dəyəri 20 min ABŞ dolları təşkil edir.
Musavat.com