Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Sumi istiqamətində Rusiya ordusunun arxa cəbhəsində uğurlu əməliyyat keçiriblər.
Musavat.com xəbər verir ki, əməliyyat nəticəsində azı 334 rus hərbçisi məhv edilib, 550-dən çoxu isə yaralanıb.
Ukrayna qüvvələri Rusiya ordusunun hücum planını pozub, mövqeləri təmizləyib və irəlilədikləri ərazidə möhkəmləniblər.
Musavat.com