Ukrayna Nazirlər Kabineti İranla diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişinə dair anlaşma memorandumuna xitam verib.
Musavat.com xəbər verir ki, məlumatı hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk Telegram kanalında açıqlayıb: "Ukrayna hökuməti ilə İran İslam Respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşlar üçün vizasız gediş-gəliş haqqında 1993-cü il martın 15-də Kiyevdə bağlanmış anlaşma memorandumu ləğv edilib".
2024-cü ilin noyabrında Kiyev Tehranla 1993-cü ildə imzalanmış hava nəqliyyatı müqaviləsini də ləğv edib. Bu addımların səbəbi İranın Rusiyanın işğslçı müharibəsinə yardım etməsidir.
Ukrayna həmçinin Rusiya, Belarus, Suriya və MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxıb.
Musavat.com