Ukrayna ilə bağlı TƏCİLİ AÇIQLAMA: "Rusiya TEZLİKLƏ bunu edəcək"

"Rusiya qış ərəfəsində çoxlu raket ehtiyatı toplayıb".

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun b katibi Yens Stoltenberq bildirib.

O vurğulayıb ki, Şimali Atlantika Alyansı Rusiyanı qiymətləndirməməlidir, çünki iqtisadiyyatı müharibə vəziyyətindədir.

"Rusiyanın Ukraynadakı məqsədləri dəyişməyib. Rusiya qış ərəfəsində böyük bir raket ehtiyatı toplayıb. Biz Ukraynanın enerji sisteminə və infrastrukturuna yeni hücum cəhdlərini görürük", - deyə Stoltenberq mətbuat konfransında bildirib.

Musavat.com

29.11.2023 17:44
2713