Ukrayna hərbi ehtiyacları üçün əlavə 12 milyard dollar ayıracaq

Ukrayna Ali Radası ölkənin 2024-cü il dövlət büdcəsinə müdafiə və təhlükəsizlik sektoruna maliyyə təminatı ilə bağlı dəyişiklikləri təsdiqləyib.

Bu barədə deputat Yaroslav Jeleznyak sosial şəbəkələrdə məlumat yayıb.

“Parlament hərbi ehtiyaclar üçün bu il büdcənin 500 milyard qrivna (12 milyard ABŞ dollarından çox) artırılması haqqında qanununu qəbul edib”, - o bildirib.

2024-cü ildə Ukrayna üçün xərclər rekord 3,73 trilyon qrivna (təxminən 90 milyard dollar) təşkil edir.//Report

18.09.2024 14:58
226