Rəsmi Kiyev onun iştirakı olmadan Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitində Ukrayna ilə bağlı qəbul ediləcək qərarları tanımayacaq. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu prezident Vladimir Zelenski “Gənclər buradadır” forumunda deyib.
Onun çıxışını prezident ofisi yayımlayıb: "Ukraynasız Ukraynadan danışmaq mümkün deyil və bunu heç kim qəbul etməyəcək. Ona görə də söhbət onların ikitərəfli münasibəti üçün vacib ola bilər, lakin onlar bizsiz Ukrayna ilə bağlı heç nə qəbul edə bilməzlər”.
Zelenski əmindir ki, onun, Putinin və Trampın iştirakı ilə üçtərəfli görüş olacaq: “Mən dəqiq tarixi bilmirəm. Amma bilirəm ki, müharibəni bitirmək istəyiriksə, bu görüş olmalıdır”.
Musavat.com