Ukrayna əks-hücuma keçdi: Bu ərazilər azad edildi - FOTO

Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatları zamanı Donetsk vilayətində, Pokrovskdan təxminən 5 km cənubunda yerləşən Pesçanoye kəndini azad edib.

Musavat.com xəbər verir ki, bu barədə "Xortitsa" Operativ-Strategiya Qrupunun sözçüsü Viktor Trequbov bildirib.

Onun sözlərinə görə, Rusiya qüvvələri ətrafdakı bir neçə yaşayış məntəqəsindən də geri çəkilməyə məcbur edilib.

Musavat.com

16.02.2025 17:38
1331