Ukrayna dairəsində işıqfor quraşdırılacaq? - RƏSMİ cavab

Fevralın 12-də Musavat.com saytında sürücülərin Ukrayna dairəsindəki son dəyişikliklərdən sonra yaranan tıxacdan narazılığı ilə bağlı yazı dərc etmişdik.

https://musavat.com/news/suruculer-narazidir-ukrayna-dairesinde-tixac-niye-bitmir_1144811.html

Həmin vaxt AYNA-dan Musavat.com-un sorğusuna cavabda bildirilmişdi ki, Ukrayna dairəsində müşahidələr aparılır.

Qurumun mətbuat katibi Tural Orucov saytımıza açıqlamasında sürücülərin işıqfor quraşdırılması təklifi ilə bağlı qeyd etmişdi ki, dairədə təhlükəsizlik səviyyəsi artıb:

“Hərəkət axınları davamlı nəzarətdə saxlanılır və simulyasiyalar icra edilir. İşıqfor məsələsinə bu təhlillərin nəticəsindən sonra baxılacaq”.

https://musavat.com/news/ayna-dan-ukrayna-dairesi-ile-bagli-aciqlama_1144840.html

3 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də dairədə işıqfor quraşdırılmayıb, tıxac isə davam edir. Bu da sürücülərin haqlı narazılığına səbəb olur.

Musavat.com təhlillərin yekunlaşıb-yekunlaşmadığı, o cümlədən dairədə işıqforun nə zaman quraşdırılacağı barədə AYNA-ya sorğu ünvanlayıb.

Qurumun sözçüsü Tural Orucov sözügedən məsələ ilə bağlı hər hansı bir yenilik olacağı təqdirdə cavab olacağını bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

19.05.2025 16:05
764